XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Qarabağ” klubu ilin komandası seçildi
İdman 11:34 / 28.12.2020
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020-ci il başa çatıb. Bu haqda Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb. İl ərzində 2019-2020-ci il mövsümünün 6, 2020-2021-ci il mövsümünün 13 turunun oyunları keçirilib. On doqquz turda ümumilikdə 75 oyun baş tutub. Bu matçlarda 196 qol vurulub. Orta məhsuldarlıq 2,61-ə bərabərdir. Meydan sahibləri 27, qonaqlar 26 qələbə qazanıb, 22 görüşdə isə heç-heçə qeydə alınıb.

Yola salmaqda olduğumuz ilin ən yaxşı komandası "Qarabağ”dır. Bir oyun az keçirən Ağdam klubu il ərzində daha çox – 37 xal toplayıb. Cəmi bir dəfə uduzan Qurban Qurbanovun yetirmələri hamıdan çox qol vurub, ən az top buraxıb. Eyni sayda – 10 qələbəsi olan "Neftçi” 36 xal toplayıb. Üçüncü sırada qərarlaşan "Zirə” klubu "ağ-qaralar”dan 10 xal geridədir.

32934 oxunub

InvestAZ