XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Qrossmeysterimiz liderlər qrupunda qərarlaşıb
İdman 11:33 / 27.12.2020
Şahmat üzrə "Airthings Masters”ə start verilib. Yarışda iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov onlayn blits üzrə təşkil olunan turnirin ilk günündə 4 qarşılaşma keçirib.
Danil Dubov (Rusiya), Maqnus Karlsen (Norveç) və Aniş Qiri (Niderland) ilə heç-heçə edən təmsilçimiz David Quijarronu (İspaniya) məğlub edib. Nəticədə 2,5 xal yığan T.Rəcəbov liderlər qrupunda qərarlaşıb.
Qeyd edək ki, iki mərhələdən ibarət yarışda 12 şahmatçı mübarizə aparır. Dairəvi sistemdə keçirilən ilk mərhələdə "səkkizlik”də qərarlaşanlar mərhələ adlayacaqlar. Turnir 2021-ci il yanvarın 3-də başa çatacaq.

31178 oxunub

InvestAZ