XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



"Neftçi" qış çempionu oldu
İdman 10:03 / 25.12.2020
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tur başa çatıb. 2020-ci ilin son turuna "Neftçi" - "Keşlə" matçı ilə yekun vurulub. Paytaxt derbisində 2:1 hesablı qələbə qazanan "ağ-qaralar" qış fasiləsinə lider kimi yollanıb. Beləliklə, bu qələbədən sonra xallarını 24-ə çatdıran "Neftçi" Azərbaycan Premyer Liqasında 9-cu dəfə qış çempionu adını qazanıb. Sonuncu dəfə iki il əvvəl qış çempionu olan "ağ-qaralar” fasilədən sonra yenidən eyni göstəriciyə nail olub. Azərbaycan çempionatlarının payız-yaz sistemi ilə keçirilməyə başladığı 1993/94 mövsümündən indiyədək ən çox qış çempionluğu qazanan "Neftçi”dir. "Qarabağ”ın 7 belə uğuru var. "Kəpəz” və "Keşlə” ("İnter” adlandığı dövrdə) hərəyə üç dəfə qış fasiləsinə zirvədə yollanmağı bacarıb.

Qeyd edək ki, turun digər oyunlarında "Qarabağ" "Zirə"yə 3:2, "Qəbələ" "Səbail"ə 3:1, "Sabah" isə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib.

31750 oxunub

InvestAZ