XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“World Masters” turnirində 9 cüdoçumuz iştirak edəcək
İdman 13:34 / 24.12.2020
Cüdoçularımızın gələn il ilk sınağı Qətərin paytaxtı Dohada olacaq. "World Masters" turnirində reytinqə görə ən güclü 9 idmançımız mübarizə aparacaq. Tokio Olimpiadasına lisenziya xalları verən mötəbər yarışda Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar.

Qadın idmançılarımızdan isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) və İrina Kindzerska (78 kiloqramdan yuxarı) çıxış edəcəklər.

Qızıl medal qazanan idmançı 1800 xal əldə edəcək. Qeyd edək ki, dünya çempionatında bu rəqəm 2000-ə bərabərdir. "World Masters" yarışında 51 ölkədən 261 cüdoçunun iştirakı gözlənilir.

29877 oxunub

InvestAZ