XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Bakıda anadan olmuş erməni futbolçu dünyasını dəyişdi
İdman 17:17 / 23.12.2020
Ermənistanın tanınmış sabiq futbolçusu, 1947-ci ildə Bakıda anadan olmuş Arkadi Andreasyan Yerevanda ölüb. Məlumatı "Sputnik Armeniya” yayıb.

İlkin məlumata görə, o, ürək çatışmazlığı səbəbindən 73 yaşında dünyasını dəyişib.

Andreasyan son illər siyasətlə məşğul olub, Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyalarda iştirak edib.

Qeyd edək ki, Arkadi Andreasyan 1947-ci il avqustun 11-də Bakıda anadan olub. Bakının "Neftyanik” (hazırkı "Neftçi") klubunun yetirməsidir. Andreasyan Yerevanın "Ararat” futbol klubunun vitse-prezidenti idi. Keçmiş SSRİ yığmasının tərkibində Olimpiadanın bürünc mükafatını alıb.

32771 oxunub

InvestAZ