XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Tokio-2020-nin açılış və bağlanış mərasimləri sadələşdirilmiş formatda keçiriləcək
Olimpiya oyunları 12:00 / 23.12.2020
Tokioda 2021-ci ildə təşkil ediləcək Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərinin koronavirus pandemiyası səbəbindən sadələşdirilmiş formatda keçirilməsinə qərar verilib.
Bu barədə Tokio-2020 Təşkilat Komitəsinin rəsmi saytında məlumat verilib.
Məlumatda qeyd edilib ki, mərasimlər idmançılar və tamaşaçılar üçün gözəl bir bayram olaraq qalacaq.
Tədbirlərin beş nəfərdən ibarət yeni yaradıcı qrup tərəfindən təşkil ediləcəyi, əvvəlki tərkibdən yalnız bir nəfərin - Xiroşi Sasakinin qalacağı bildirib.
Tokio Olimpiadasının 2020-ci ilin yayında keçirilməsi planlaşdırılmışdı və koronavirus pandemiyası səbəbindən bir il təxirə salınıb. Oyunların açılış mərasimi 2021-ci il iyulun 23-də, bağlanış mərasimi isə avqustun 8-də baş tutmalıdır.

33336 oxunub

InvestAZ