XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Komandamız Avropa kuboku yarışında 9-cu oldu
İdman 10:11 / 23.12.2020
Şahmat üzrə klublararası Avropa kuboku yarışı başa çatıb.
Turnirin finalında son beş oyunda mübarizə aparan Azərbaycanın qadınlardan ibarət "Odlar yurdu” komandası Macarıstanın "Hello Sacc” kollektivini, daha sonra Fransanın "Tremblay en France” komandasını məğlub etsə də, sonrakı qarşılaşmalarda "Monte Karlo” (Monako), "Kiyev Şahmat Federasiyası” ( Ukrayna) və "Ugra" (Rusiya) yığmalarına məğlub olub. Heyətində Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova və Ülviyyə Fətəliyevanın yer aldığı yığmamız yekun nəticədə 6 xalla doqquzuncu yerdə qərarlaşıb.

Turnirin qalibi 14 xalla Monakonun "Monte Karlo” yığması olub.

32018 oxunub

InvestAZ