XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Şəfəq Hüseynli Vətən müharibəsində iştirak edən idmançıların müalicəsi ilə bağlı açıqlama verdi
İdman 14:09 / 22.12.2020
"Vətən müharibəsində idmançılarımız aktiv iştirak ediblər”. Bunu AMADA-nın baş direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib. O, ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, yaralı idmançıların qadağan olunmuş maddələrdən istifadəsi mümkündür: "Bizdə olan məlumata görə, 478 idmançı Vətən müharibəsində iştirak edib, onlardan 54-ü şəhid olub, 51-i yaralanıb. Yaralı idmançıların müalicəsi zamanı qadağan edilmiş maddələrdən istifadəsi ehtimalı var. Ümumiyyətlə, idmançılar belə halda əvvəlcədən məlumat verməlidirlər. Amma müharibə şəraiti tam fərqlidir. Yaralı idmançılarımızın öncədən məlumat vermək imkanları olmur. Onlar sonradan AMADA-nı məlumatlandıra bilərlər”.
32760 oxunub

InvestAZ