XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Odlar yurdu” komandasından dörd görüşə bir qələbə
İdman 11:20 / 22.12.2020
Şahmat üzrə klublararası Avropa kubokunun finalında Azərbaycanın qadınlardan ibarət "Odlar yurdu” komandası ilk 4 görüşünü keçirib. Komandamız yalnız Fransanın "Clichy-Ezheks-92” yığması üzərində qələbə qazanıb (2,5:1,5), Rusiyanın "Qambit” (1,5:2,5), Almaniyanın "SK Schwäbisch Hall” (1,5:2,5), Polşanın "Polşa Hussars” (1,5:2,5) komandalarına məğlub olub.

Yarışın qalibləri dairəvi sistem üzrə müəyyənləşəcək.

Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyevanın yer aldığı "Odlar yurdu” komandası "D” qrupunda ikinci yeri tutaraq finala yüksəlib.

Yekun nəticəyə görə, komandamız 2 xalla turnirdə 10-cudur. Birinci yerdə 7 xalla Monakonun "Monte Karlo” yığması qərarlaşıb.

32719 oxunub

InvestAZ