XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Klublarımız xaricdə toplanışdan imtina etdi
İdman 16:33 / 21.12.2020
Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən bütün klublar təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanmayacaq. Son olaraq "Sumqayıt" və "Keşlə"nin hazırlıq prosesi ilə bağı seçimi bəlli olub.

Onlar da digər 6 komanda kimi pandemiya ilə bağlı vəziyyəti nəzərə alaraq, ölkə xaricinə yollanmaqdan imtina ediblər.

Klublar yay təlim-toplanışı üçün də eyni qərarı vermişdilər. Premyer Liqa təmsilçiləri hazırlıq proseslərini ölkə daxilində - Qəbələdə keçirmişdilər. Bu dəfə isə toplanışın Bakıda olacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında XIII tur dekabrın 24-də gerçəkləşəcək. Çempionatda yanvarın 21-dək fasilə olacaq. Daha əvvəl "Qarabağ", "Neftçi", "Sumqayıt", "Səbail", "Zirə" və "Qəbələ" ölkə xaricinə yollanmayacaqlarını bəyan ediblər.

30201 oxunub

InvestAZ