XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Golden Foot” sahibinə çatdı
İdman 11:24 / 21.12.2020
"Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldo Golden Foot mükafatına layiq görülüb. Bu barədə klubun rəsmi saytına məlumat verilib.

Portuqaliyalı oyunçunun bu mükafatı qazanmasını dekabrın 1-də elan etmişdilər. Lakin mükafatı ona bu yaxınlarda təqdim ediblər. Klubun mətbuat xidməti gecikmənin koronavirus pandemiyası ilə bağlı olduğunu bildirib. "Golden Foot” laureatları təqdimetmə mərasimində sonra Monte Carlo-da yerləşən Çempionlar Xiyabanında nümayiş olunması nəzərdə tutulan ayaq izlərini əbədiləşdirirlər.

"Bu mükafatı almaq mənim üçün şərəfdir. Xoşbəxtəm ki, ayaq izlərim böyük çempionların izlərinin yanında olacaq. Mənə səs verən hər kəsə təşəkkür edirəm. Həmişə mümkün qədər yaxşı oynamağa və qol vurmağa çalışacağam”, - deyə K.Ronaldo bildirib.

31226 oxunub

InvestAZ