“Liverpul”dan sonra “İnter”?
İdman 15:31 / 19.12.2020
"Liverpul”un yarımmüdafiəçisi Jorjinyo Veynaldum karyerasını İtaliya A seriyasında davam etdirə bilər. Bu barədə məlumat "Tuttomercado” portalında yer alıb. Xəbərdə bildirilir ki, Milan "İnter”i qış transfer pəncərəsində hollandiyalı futbolçunu heyətə cəlb etməyə cəhd edəcək.
33677 oxunub