XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Çempionlar Liqası: köhnə rəqiblər, yeni tanışlar
İdman 14:16 / 15.03.2019

Martın 15-də UEFA-nın İsveçrənin Nion şəhərindəki mənzil-qərargahında futbol üzrə UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün dörddəbir final mərhələsinin püşkü atılıb.

Püşkün nəticələrinə əsasən, dörddəbir finalda aşağıdakı oyunlar keçiriləcək:

"Ayaks” (Hollandiya) - "Yuventus” (İtaliya);

"Liverpul” (İngiltərə) - "Portu” (Portuqaliya);

"Tottenhem” (İngiltərə) - "Mançester Siti” (İngiltərə);

"Barselona” (İspaniya) - "Mançester Yunayted” (İngiltərə).

Dörddəbir final mərhələsinin ilk oyunları aprelin 10-11-də oynanılacaq. Cavab qarşılaşmaları isə aprelin 16-17-də keçiriləcək.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının final matçı "Atletiko Madrid” klubunun ev oyunlarını keçirdiyi "Metropolitano” stadionunda oynanılacaq.



37782 oxunub

InvestAZ