XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Putinin dünya çempionatları və olimpiadalarda iştirakı qadağan edildi
İdman 15:52 / 18.12.2020
Rusiya Prezidenti Vladimir Putin yaxın iki ildə dünya çempionatlarında və olimpiadalar zamanı arenalarda iştirak edə bilməyəcək. Bu barədə Dünya Antidopinq Agentliyi (WADA) ilə Rusiya Antidopinq Agentliyi (RUSADA) arasındakı mübahisəyə dair İdman Arbitraj Məhkəməsinin (CAS) qərarında bildirilib. Qadağa ölkənin bütün yüksək vəzifəli şəxslərinə şamil edilib. Bunlara nazirlər və onların müavinləri, baş nazir və müavinləri, Dövlət Dumasının deputatları və dövlət başçısı da daxildir.

İştirakı qadağan edilmiş hansısa məmur, ev sahibi ölkənin prezidenti və ya baş naziri tərəfindən şəxsən dəvət edildiyi təqdirdə və ya Beynəlxalq Olimpiya Komitəsini (IOC), həmçinin Beynəlxalq Paralimpiya Komitəsinin üzvü olduğu təqdirdə turnirdə iştirak edə bilər.

Qeyd edək ki, CAS-ın qadağası idmançılara və onların komanda üzvlərinə şamil edilmir. CAS-ın və WADA-nın qərarına əsasən, rusiyalı idmançılar 2022-ci ilədək dövlət bayrağı altında beynəlxalq yarışlarda iştirak edə bilməyəcək.

31510 oxunub

InvestAZ