XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Azərbaycan Qran-prisinin vaxtını təsdiqlədi
İdman 18:00 / 17.12.2020
Avtomobil İdmanı Federasiyasının (FİA) Ümumdünya şurası 2021-ci il üçün Formula 1 təqvimini təsdiqləyib. Yarış gələn il 23 mərhələdən ibarət olacaq. Lakin bunlardan birinin – aprelin 25-dəki Qran-Prinin yeri dəqiqləşməyib. Mövsüm Melburnda start götürəcək və Abu-Dabidə yekunlaşacaq.

Bakıdakı Azərbaycan Qran-Prisi iyunun 6-da təşkil olunacaq.

1. Avstraliya Qran-Prisi – 21 mart
2. Bəhreyn Qran-Prisi – 28 mart
3. Çin Qran-Prisi – 11 aprel
4. dəqiqləşməyib – 25 aprel
5. İspaniya Qran-Prisi – 9 may
6. Monako Qran-Prisi – 23 may
7. Azərbaycan Qran-Prisi – 6 iyun
8. Kanada Qran-Prisi– 13 iyun
9. Fransa Qran-Prisi – 27 iyun
10. Avstriya Qran-Prisi – 4 iyul
11. Böyük Britaniya Qran-Prisi – 18 iyul
12. Macarıstan Qran-Prisi – 1 avqust Yay fasiləsi
13. Belçika Qran-Prisi – 29 avqust
14. Niderland Qran-Prisi – 5 sentyabr
15. İtaliya Qran-Prisi – 12 sentyabr
16. Rusiya Qran-Prisi – 26 sentyabr
17. Sinqapur Qran-Prisi – 3 oktyabr
18. Yaponiya Qran-Prisi – 10 oktyabr
19. ABŞ Qran-Prisi – 24 oktyabr
20. Mexiko Qran-Prisi – 31 oktyabr
21. San-Paulu Qran-Prisi – 14 noyabr
22. Səudiyyə Ərəbistanı Qran-Prisi – 28 noyabr
23. Abu-Dabi Qran-Prisi – 5 dekabr

Qeyd edək ki, İspaniya Qran-Prisinin təşkilatçıları hələ Formula 1 ilə yeni müqavilə imzalamayıb.

32416 oxunub

InvestAZ