XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Qəzaya düşən Formula 1 pilotundan xəbər var
İdman 13:12 / 17.12.2020
Formula 1-in pilotu Roman Qrojan Bəhreyn Qran-prisindəki qəzadan sonra əməliyyat keçirib. Sol əl barmağının zədələnməsi nəticəsində idmançıya təcili əməliyyat təyin edilib.

"Hər kəsi salamlayır və gözəl gün arzu edirəm! Mən bir müddət istirahət etmişəm və demək olar ki, ağrı hiss etmirəm. Lakin ismarıc yazmaq mənə hələ də narahatlıq yaşadır”, - deyə o, instaqram hesabında paylaşdığı xəstəxana otağında olan fotoya şərh yazıb.

Xatırladaq ki, pilot Bəhreyn Qran-prisində Danil Kvyat ilə toqquşduqdan sonra qoruyucu səthə çırpılıb. Roman Qrojanın bolidi həmin an alovlansa da, idmançı avtomobili dərhal tərk etməyi bacarıb. Bununla da, o, qəzadan yanıqlar və yüngül xəsarət ilə canını qurtarmağa nail olub.

30735 oxunub

InvestAZ