XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



İnyesta 4 ay yaşıl meydanlardan kənar qalacaq
İdman 18:52 / 16.12.2020
Yaponiyanın "Vissel Kobe” klubunda çıxış edən Andres İnyesta uzun müddətə sıradan çıxıb. İspaniyalı yarımmüdafiəçi Asiya Çempionlar Liqasının 1/8 final mərhələsində "Şanxay”la (2:0) görüşdə sağ ayağından zədələnib.
36 yaşlı ulduz futbolçu Barselonada cərrahiyyə əməliyyatı keçirib. Əməliyyatın uğurlu baş tutduğunu bildirən həkimlər İnyestanın tezliklə bərpa prosesinə başlayacağını söyləyiblər. Lakin o, 4 ay yaşıl meydanlardan uzaq qalmalı olacaq.
Qeyd edək ki, Andres İnyesta 2020-ci ildə 34 oyunda iştirak edib, 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.


33664 oxunub

InvestAZ