XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Kamran Ağayevin atası koronavirusdan dünyasını dəyişdi
İdman 18:00 / 16.12.2020
"Səbail” klubunun qapıçısı Kamran Ağayevin atası Adilxan Ağayev vəfat edib.
Bu barədə qəsəbə təmsilçisinin baş məşqçisi Aftandil Hacıyev məlumat verib. O, bir müddət əvvəl koronavirusa yoluxan Ağayevin 72 yaşında bu xəstəlikdən dünyasını dəyişdiyini bildirib. Hacıyev mərhumun dəfni üçün Şabran şəhərinə aparıldığını deyib.
Komandaya mövsümün gedişində qoşulan Kamran isə atasının xəstəliyi ilə əlaqədar məşqlərdən kənarda qaldığı üçün ilin son oyunlarında da debüt edə bilməyəcək.
Qeyd edək ki, Adilxan Ağayev vaxtilə Şabranın "Bərəkət” komandasının baş məşqçisi olub. Oğlu Kamran ilk illərini məhz atasının rəhbərliyi altında keçirib.


30979 oxunub

InvestAZ