XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Bütün diqqətlər Nyonda: püşkatma mərasimi
İdman 11:00 / 15.03.2019


Martın 15-də İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Çempionlar Liqasının və Avropa Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçiriləcək.
UEFA Çempionlar Liqasının püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Püşk dörddəbir finala vəsiqə qazanan "Mançester Yunayted” (İngiltərə), "Liverpul” (İngiltərə), "Barselona” (İspaniya), "Ayaks” (Hollandiya), "Portu" (Portuqaliya), "Tottenhem" (İngiltərə), "Mançester Siti" (İngiltərə) və "Yuventus" (İtaliya) klubları arasında atılacaq.
UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk oyunları aprelin 9-10-da, cavab qarşılaşmaları isə aprelin 16-17-də keçiriləcək. Final görüşü isə iyunun 1-də Madriddəki "Metropolitano” stadionunda oynanılacaq.
UEFA Avropa Liqasının püşkatma mərasimi isə saat 16:00-da başlayacaq. Püşk "Ayntraxt” (Almaniya), "Arsenal” (İngiltərə), "Valensiya” (İspaniya), "Benfika” (Portuqaliya), "Çelsi” (İngiltərə), "Vilyarreal” (İspaniya), "Napoli” (İtaliya) və"Slaviya” (Çexiya) komandaları arasında atılacaq.
Dörddəbir final mərhələsinin ilk oyunları aprelin 11-də, cavab görüşləri aprelin 18-də reallaşacaq. Final qarşılaşması isə mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.


35433 oxunub

InvestAZ