XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Çarlz Oliveyra Makqreqor və Ferqüsonu geridə qoydu
İdman 12:55 / 16.12.2020

Dekabrın 13-də Las-Veqasda (Nevada ştatı, ABŞ) qarışıq döyüş növləri üzrə UFC 256 turniri başa çatıb. Turnirin nəticələrinə əsasən liqanın reytinqində müəyyən dəyişikliklər baş verib. Bunlardan ən əsası yüngül çəki dərəcəsinə təsir edib. Belə ki, braziliyalı Çarlz Oliveyra dörd pillə yüksələrək, üçüncü yerdə qərarlaşıb. Onun qarşısında yalnız Dastin

Porye və Castin Getji, hemçinin divizionun çempionu Həbib Nurməhəmmədov dayanır. Ç.Oliveyradan sonra Toni Ferqüson və Konor Makqreqor kimi döyüşçülər yer alıb. UFC 256 turnirində Ç.Oliveyra T.Ferqüsona qalib gələrək, reytinqdə irəliləməyə nail olub. Hazırda T.Ferqüson dördüncü, K.Makqreqor isə beşinci yerdə qərarlaşıb.

Ağır çəki dərəcəsindən də dəyişikliklər baş verib. Belə ki, Cunior dos Santos üzərində qələbədən sonra Siril Qanye yeddi pillə irəliləyərək yeddinci sırada qərarlaşıb.


31810 oxunub

InvestAZ