“Qara qartallar”ın daha bir futbolçusu COVİD-19-a yoluxdu
İdman 11:05 / 16.12.2020
Türkiyənin "Beşiktaş” klubunda növbəti koronavirus testlərinin nəticələri açıqlanıb. Türkiyə kubokunun 5-ci mərhələsinin "Tarkus İdman Yurdu” ilə oyunundan öncə verilən testlərdən biri pozitiv
nəticələnib. Dekabrın 17-də baş tutacaq qarşılaşmadan öncə infeksiyaya yoluxan futbolçunun adı açıqlanmayıb. Həmin oyunçu təcrid edilib və karantinə alınıb.
Qeyd edək ki, cari mövsümdə "Beşiktaş”ın 11 futbolçusunun testi müsbət nəticələnib.
30752 oxunub