XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Keçmiş baş məşqçi koronavirusa yoluxub
İdman 19:00 / 15.12.2020

"Real Madrid" futbol klubunun keçmiş baş məşqçisi Vanderley Luşemburqo koronavirusa yoluxub. Hazırda heç bir kluba rəhbərlik etməyən 68 yaşlı mütəxəssis Sao Pauloda fəaliyyət göstərən xəstəxanalardan birinə yerləşdirilib. O, özündə COVİD-19 simptomlarını müşahidə etdikdən sonra həkimlərə müraciət etmək qərarına gəlib.

Xatırladaq ki, Vanderley Luşemburqo iyul ayının əvvəlində koronavirus infeksiyasına yoluxmuşdu. Lakin onun bu xəstəlyii simptomsuz keçirdiyi bildirilirdi.

Vanderley Luşemburqo 2004-2005-ci illərdə "Real Madrid” klubuna rəhbərlik edib. Keçmiş baş məşqçi karyerasının əksər hissəsini doğma vətəni olan Braziliyada keçirib. Orada mütəxəssis "Flamenqo”, "Palmeyras”, "Santos”, "Korintians”, "Kruzeiro”, "Atletiko Mineyro”, "Qremio”, "Fluminense” və "Vasko da Qama” klublarına rəhbərlik edib.

Həmçinin 2019-cu ilin noyabr ayında V. Luşemburqoya dəri xərçəngi diaqnozu qoyulduğu bildirildi.


30954 oxunub

InvestAZ