XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Namiq Əliyev və sərbəst güləş millimiz Heydər Əliyevin abidəsini ziyarət edib
İdman 18:45 / 15.12.2020
Bu gün Dünya Güləş Birliyinin Büro üzvü, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev və sərbəst güləş yığmamız ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. AGF-nin rəhbəri və millimizin üzvləri Serbiyanın paytaxtı Belqradın mərkəzi parkı "Taşmaydan”da yerləşən ulu öndərin heykəli önünə əklillər qoyaraq, xatirəsini yad ediblər. Xatırladaq ki, bu abidə 2011-ci ildə həmin parkda salınıb. Qeyd edək ki, Fərdi Dünya Kubokunda sərbəst güləş üzrə mübarizəyə sabah start veriləcək. Dekabrın 18-dək davam edəcək yarışda ölkəmizi baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq), Gitinoməhəmməd Hacıyev (70 kq), Rəşad Yusifli (79 kq), Abubakr Abakarov (86 kq), Hacımurad Məhəmmədsəidov (92 kq), Şamil Zubairov (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) təmsil edəcək. Bu gün püşkatma mərasimi keçiriləcək və güləşçilərimizin ilk rəqibləri müəyyənləşəcək.
29450 oxunub

InvestAZ