XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Fərdi Dünya Kubokunda iştirak edəcək sərbəst güləş üzrə yığmamızın heyəti açıqlandı
İdman 18:30 / 15.12.2020

Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kuboku üçün Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının heyəti açıqlanıb. Federasiyadan verilən məlumata görə, ölkəni baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq), Gitinoməhəmməd Hacıyev (70 kq), Rəşad Yusifli (79 kq), Abubakr Abakarov (86 kq), Hacımurad Məhəmmədsəidov (92 kq), Şamil Zubairov (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) təmsil edəcək.

Bu gün püşkatma mərasimi keçiriləcək və güləşçilərin ilk rəqibləri müəyyənləşəcək.

Qeyd edək ki, sərbəst güləşçilər mübarizəyə sabah qoşulacaq. Fərdi Dünya Kuboku dekabrın 18-də başa çatacaq.


31201 oxunub

InvestAZ