XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



25 yaşlı futbolçu avtoqəzanın qurbanı oldu
İdman 13:21 / 15.12.2020

Cənubi Afrika Respublikasının (CAR) milli komandasının 25 yaşlı futbolçusu Motjeka Madişa avtoqəza nəticəsində həlak olub. Bu barədə CAR Futbol Federasiyası öz saytında məlumat verib.

İdmançının avtomobili dekabrın 13-də qəzaya düşüb. "Bu çox kədərlidir. Gənc, istedadlı futbolçu bizi tərk etdi. Mən Madişadan daha peşəkar birini tanımırdım", - deyə millinin baş məşqçisi Molefi Ntseki etiraf edib.

Qeyd edək ki, M.Madişa millinin tərkibində müdafiəçi olaraq çıxış edib. Futbolçu klub səviyyəsində CAR çempionatından "Mamelodi Sandauns” komandasını təmsil edib. Futbolçu "Sandauns”un heyətində 800 oyun keçirib və üç qol vurub.

Motjeka Madişa CAR-nı 2015-ci ildən beynəlxalq səviyyədə təmsil edib. Onun hesabında 13 oyun və milli komandanın tərkibində bir qol var.


30588 oxunub

InvestAZ