XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Xəyalların komandasınında yer alan 11 əfsanə
İdman 10:33 / 15.12.2020

"France Football" nəşri futbol tarixinin ən yaxşıları ilə bağlı səsvermənin nəticələrini açıqlayıb. Futbol tarixinin ən yaxşı "11-liy”nə hazırda karyerasını davam etdirən 2 oyunçunun adı daxil edilib. Bunlar İspaniyanın "Barselona" klbunun kapitanı Lionel Messi və İtaliyanın "Yuventus" komandasının hücumçusu Kriştianu Ronaldudur. Rəmzi heyət 3-4-3 taktiki sxemi üzərində hazırlanıb.

Qapıçı: Lev Yaşin (Rusiya)

Müdafiəçilər: Kafu (Braziliya), Frants Bekkenbauer (Almaniya), Paolo Maldini (İtaliya)

Yarımmüdafiəçilər: Lotar Matteus (Almaniya), Xavi Ernandes (İspaniya), Dieqo Maradona (Argentina), Pele (Braziliya)

Hücumçular: Lionel Messi ("Barselona", İspaniya), Ronaldo (Braziliya), Kriştianu Ronaldu ("Yuventus", İtaliya)

Qeyd edək ki, xəyalların komandasını "Qızıl top" mükafatının səsverməsində iştirak edən 140 nəfər jurnalistdən ibarət münsiflər heyəti müəyyənləşdirib.


30863 oxunub

InvestAZ