XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Kriştianu Ronaldodan yeni rekord
İdman 19:40 / 14.12.2020

"Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldo İtaliya çempionatının 11-ci turunda "Cenoa” ilə qarşılaşmada (3:1) yeni uğura nail olub. Belə ki, futbolçu XXI əsrdə Avropanın Top-5 Liqasının elit dizivyonlarında (İtaliya, İspaniya, İngiltərə, Almaniya, Fransa) 400 oyunda qələbə qazanan ilk futbolçu adını qazanıb. Reytinqin ikincisi 365 qələbə ilə "Barselona”nın hücumçusu Lionel Messidir. Üçünçü pillədə isə 350 qələbə ilə K.Ronaldonun komanda yoldaşı, qapıçı Canluici Buffon qərarlaşıb.

Bildirək ki, 35 yaşlı portuqaliyalı ulduz penalti ilə iki qol vurmaqla, "Qoca Sinyora”nın heyətində çıxış etdiyi 100-cü oyununda dubl edib. Digər qol isə Paulo Dibalın aktivinə yazılıb.

Qeyd edək ki, cari mövsümdə K.Ronaldo Turin təmsilçisini heyətində keçirdiyi 11 oyunda 14 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


30743 oxunub

InvestAZ