XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Avropa Liqasında 1/16 finalın cütlükləri müəyyənləşdi
İdman 19:00 / 14.12.2020

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində təşkil olunan mərasimdə pley-offun cütlükləri müəyyənləşib. Bakı vaxtı ilə saat 16:00-da başlayan

tədbirdə qrup mərhələsini adlayan 24 komanda və Çempionlar Liqasında 3-cü olan 8 klub püşkatmada 16 cüt təşkil edib. "Qarabağ"la eyni qrupda yer almış İspaniyanın "Vilyarreal" klubu Avstriyanın "Zlatsburq" komandasına, İsrailin "Makkabi" (Təl-Əviv) klubu isə Ukraynanı təmsil edən Ukraynanın "Şaxtyor" komandasına rəqib olub. Bu mərhələnin qarşılaşmaları 2021-ci ildə keçiriləcək. 1/16 finalın ilk oyunları fevralın 18-də, cavab görüşləri bir həftə sonra təşkil olunacaq.

Avropa Liqası, 1/16 final

"Volfsberq" (Avstriya) - "Tottenhem" (İngiltərə)

"Dinamo" (Kiyev, Ukrayna) - "Brügge" (Belçika)

"Real Sosyedad" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

"Benfika" (Portuqaliya) - "Arsenal" (İngiltərə)

"Srvena Zvezda" (Serbiya) - "Milan" (İtaliya)

"Antverpen" (Beçlika) "Reyncers" (Şotlandiya)

"Slaviya" (Çexiya) - "Lester" (İngiltərə)

"Zalsburq" (Avstriya) - "Vilyarreal" (İspaniya)

"Braqa" (Portuqaliya) - "Roma" (İtaliya)

"Krasnodar" (Rusiya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

"Yanq Boyz" (İsveçrə) - "Bayer" (Almaniya)

"Molde" (Norveç) - "Hoffenhaym" (Almaniya)

"Qranada" (İspaniya) - "Napoli" (İtaliya)

"Makkabi" (Təl-Əviv, İsrail) - "Şaxtyor (Donetsk, Ukrayna)

"Lill" (Fransa) - "Ayaks" (Niderland)

"Olimpiakos (Yunanıstan) - PSV (Niderland)


29478 oxunub

InvestAZ