XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Azərbaycan əsilli döyüşçü UFC-də növbəti qələbəsini qazandı
İdman 18:26 / 14.12.2020
Azərbaycan əsilli MMA döyüşçüsü UFC-də növbəti qələbəsini qazanıb. ABŞ-ın Las-Veqas şəhərində keçirilən "UFC-256” turnirində həmyerlimiz Rafael Fiziyev yüngül çəkidə braziliyalı Renato Moykano ilə mübarizə aparıb. R.Fiziyev döyüşün taleyini elə birinci raundda həll edib. Belə ki, o, rəqibini sol yumruğu ilə nokauta göndərdiyinə görə, baş hakim döyüşü saxlayaraq, qələbəni ona verib.

Bununla da, "Ataman” ləqəbli R.Fiziyev peşəkar MMA-da doqquzuncu qələbəsini qazanıb.

R.Fiziyev döyüşdən sonra Azərbaycanı Vətən Müharibəsindəki qələbəyə görə təbrik edib.

32089 oxunub

InvestAZ