XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Azərbaycanın tanınmış futbolçusu koronavirusdan dünyasını dəyişdi
İdman 17:55 / 14.12.2020

Azərbaycanın veteran futbolçusu Elbrus Abbasov vəfat edib. Bu barədə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib. O bildirib ki, 70 yaşlı sabiq oyunçu bu gün koronavirusdan dünyasını dəyişib: "Həyat yoldaşı da, özü də Quzanlıda olanda xəstələnmişdi. Vəziyyəti ağırlaşanda Bakıya gətirdilər. Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev onun Bakıya gətirilməsinə köməklik etdi. AFFA-nın vitse-prezidenti Elxan Məmmədov da qurumun həkimini yönləndirdi. Lakin onun həyatını xilas etmək mümkün olmadı. Oğlu zəng edərək, Elbrus Abbasovun rəhmətə getdiyini bildirdi".

Qeyd edək ki, futbolçu karyerası ərzində "Qarabağ”, "Neftçi”, "Dinamo” (Gəncə) kimi klubların formasını geyinmiş Elbrus Abbasov son olaraq Quzanlıda Uşaq Futbol Məktəbinin rəhbəri kimi çalışıb. Sabiq hücumçu AFFA nümayəndəsi kimi də oyunlara təyinat alıb.

Allah rəhmət eləsin!


32773 oxunub

InvestAZ