XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Danimarkalı pilot Formula 1 karyerasını başa vurdu
İdman 17:14 / 14.12.2020
Formula 1 üzrə dünya çempionatında çıxış edən "Haas" komandasının pilotu Kevin Maqnussen karyerasını başa vurduğunu açıqlayıb. 28 yaşlı danimarkalı pilot bu barədə rəsmi tvitter hesabında paylaşım edib. K.Maqnussen Formula 1-in uşaqlıqdan bəri həyatında olduğunu vurğulayıb: "Həyatımın bu hissəsi artıq bağlandı. Məktəbdə müəllimlərimə F1 pilotu olacağımı söyləyəndə mənə güldülər. Ancaq bunu edəcəyimi bilirdim. Ailəm mənə

inanırdı. Sadəlövh uşaq idim, hədəfə çatmaq üçün keçəcəyim əsl çətinliklər barədə fikrim yox idi. Amma bunun öhdəsindən gələcəyimi bilirdim. İllər ərzində mənə göstərilən dəstək üçün hamıya təşəkkür edirəm. Artıq Danimarkaya qayıtmağın və Miladı ailəmlə qeyd etməyin vaxtıdır”.

Qeyd edək ki, Kevin Maqnussen 2014-cü ildən Formula 1-də çıxış edirdi. İlk dəfə Avstraliya Qran-Prisində debüt edən pilot 85 yarışda gücünü sınayıb və 158 xala sahibdir.

32117 oxunub

InvestAZ