Neymar döyməsini Kobi Brayanta həsr etdi
İdman 13:42 / 14.12.2020
PSJ-nin braziliyalı hücumçusu Neymar 2020-ci ilin yanvar ayında həlak olan Kobi Brayantın döyməsini etdirib. Beləliklə, futbolçu bununla "Leykers” komandasının keçmiş basketbolçusunun xatirəsini yad edib. Neymar K.Brayantın "insanlar mənim qələbələr ilə nə dərəcədə alışıb-yandığımı anlamırlar” ifadəsinə müraciət edib.
Xatırladaq ki, Kobi Brayant 13 yaşlı qızı Cianna və daha yeddi nəfər 2020-ci il yanvarın 26-da Kaliforniya ərazisində helikopter qəzası nəticəsində həlak olub.
32499 oxunub