Yarım milyonluq diş bəzəyi müzakirələrə səbəb oldu
İdman 13:10 / 14.12.2020
2020-ci ildə keçirilən draft nəticəsində "Şarlot Hornets”ə seçilən NBA-nın yeni üzvü Lamelo Boll bahalı alış-veriş səbəbi ilə ona ünvanlanan tənqidə cavab verib. İdmançının gözəçarpan alış-verişi isə yarım milyon dollar dəyərində brilliant qrillzlardır (diş bəzəyi). "Bütün internet mənim grillzlarımı gördüb. Mən böyük insanam və istədiklərimi etmək hüququna sahibəm. Bunun üçün NBA-da müqavilə ilə qazandığım puldan istifadə etməmişəm. Mən daha ağıllıyam”, - deyə, basketbolçu deyib.
30642 oxunub