Güləşçilərimizdən 1 gümüş və 1 bürünc medal
İdman 10:41 / 14.12.2020
Azərbaycan yunan-Roma güləşçiləri Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda ilk medallarını qazanıb.
Komandamızın üzvü İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala sahib olub. İ.Dadov finalda rusiyalı güləşçi Nazir Abdullayevə uduzub - 1:2.
Bürünc medal uğrunda yarışan Eldəniz Əzizli isə qırğızıstanlı Balbay Dordokova qalib gəlib -3:0
31074 oxunub