XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Erməni rəqibinə qalib gələn güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq
İdman 17:36 / 13.12.2020
Serbiyanın paytaxtı Belqradda güləş üzrə fərdi dünya kuboku yarışları davam edir. Azərbaycan millisinin güləşçisi yarışın ikinci gününə uğurla başlayıb. Eldəniz Əzizli (55 kq) təsəlliverici görüşdə Ermənistan idmançısı Rudik Mkrtçyana qalib gəlib. O, rəqibini 9:0 hesabı ilə məğlub edib. Təmsilçimiz bununla da bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Dünya və Avropa çempionumuz 3-cü yer uğrunda görüşdə Balbay Dordokovla güləşəcək. Medal görüşünə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Qeyd edək ki, Eldəniz Əzizli 1/8 finalda Sebastyan Kolompara (Serbiya) 9:0 hesabı ilə qalib gəlsə də, 1/4 finalda Emin Seferşayevə (Rusiya) uduzub - 1:9. Rəqib finala çıxdığından təmsilçimiz bürünc medal uğrunda mübarizəni davam etdirib.

30209 oxunub

InvestAZ