XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



3 güləşçimizdən ikisi növbəti mərhələdə
İdman 15:50 / 13.12.2020
Serbiyanın paytaxtı Belqradda güləş üzrə fərdi dünya kuboku yarışları davam edir. Turnirin ikinci günündə - dekabrın 13-də 60 kq, 63 kq, 82 kq, 97 kq və 130 kq çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə başlayıblar. İkinci yarış günündə yığmamızın daha 3 güləşçisi xalça üzərinə çıxıb. Böyüklər arasında ilk yarışına çıxan Nihat Məmmədli (60 kq) dünya ikincisi və Avropa çempionu olmuş Moldova güləşçisinə uduzub. Komandamızın digər güləşçisi Taleh Məmmədov (63 kq) ilk görüşdə Ukrayna güləşçisinə asanlıqla qalib gəlib. Beka Kandelaki (130 kq) debütdə son Avropa çempionuyla qarşılaşsa da, Rumıniya idmançısı üzərində əzmkar qələbə qazanıb.

60 kq 1/8 final: Nihat Məmmədli – Viktor Çiobanu (MDA) 0:7 63 kq 1/8 final: Taleh Məmmədov – Aleksey Masik (UKR) 9:1 1/4 final: Taleh Məmmədov - Jambolat Lokyayev (RUS) 130 kq 1/8 final: Beka Kandelaki – Alin Kiurariu (ROU) 3:1 1/4 final: Beka Kandelaki - Eduard Popp (GER)

31771 oxunub

InvestAZ