XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



AİBA-nın yeni prezidenti müəyyənləşdi
İdman 12:40 / 13.12.2020
Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) yeni prezidenti məlum olub. Qurumun keçirilən növbədənkənar Konqresində rusiyalı Umar Kremlyov yeni prezident seçilib. Koronavirus pandemiyası səbəbindən onlayn təşkil edilən tədbirdə Kremlyov respondentlərin 57,33 faiz səsini toplayıb. Yeni prezident 2017-ci ildən çalışdığı Rusiya Boks Federasiyasının baş katibi vəzifəsindən istefa verib. 38 yaşlı U.Kremlyov eyni zamanda Avropa Boks Konfederasiyasının birinci vitse-prezidentidir. Qeyd edək ki, AİBA prezidentliyinə ümumilikdə 7 namizəd təsdiqlənmişdi ki, onlardan biri Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov olub.

31443 oxunub

InvestAZ