Vətən Müharibəsində 54 idmançımız şəhid olub
İdman 10:05 / 13.12.2020
İkinci Qarabağ müharibəsində 478 idmançımız iştirak edib. Bu barədə Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti Qabil Mehdiyev "Feysbuk" səhifəsində yazıb. 478 idmançımızdan 54 nəfəri şəhid olub, 51-i yaralanıb, 2 idmançımız itkin düşüb. Bundan başqa, üç idman jurnalistimiz müharibədə iştirak edib və onlardan biri yaralanıb. Şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralı hərbçilərimizə isə tezliklə şəfa tapmasını arzulayırıq.
36771 oxunub