XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Güləş üzrə ikiqat Avropa çempionumuz koronavirusa yoluxub
İdman 11:36 / 12.12.2020

İkiqat Avropa çempionu Rafiq Hüseynovun Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda iştirak etməməsinin səbəbi müəyyənləşib. Bu barədə 32 yaşlı idmançının özü məlumat verib. R.Hüseynov iki həftə əvvəl koronavirusa yoluxduğu üçün yarışa gedə bilmədiyini vurğulayıb: "Müalicə olunmuşan. Hazır olmadığım üçün yarışa getmədim. İndi özümü yaxşı hiss edirəm və karantin müddətim sabah bitir, sabah da təkrar test verəcəyəm".

82 kq çəki dərəcəsində çıxış edən təcrübəli güləşçi təlim-məşq toplanışı vaxtı testlərin mənfi olduğunu vurğulayıb: "Hazırlıq prosesindən sonra evə qayıtdım. Özümü narahat hiss edəndə yenidən test verdim, bu dəfə isə müsbət oldu".

Qeyd edək ki, bu gün start götürəcək Fərdi Dünya Kuboku dekabrın 18-də başa çatacaq. Rafiq Hüsenov 2011-ci ildə

Almaniyanın Dortmund şəhərində və bu il İtaliyanın pataxtı Romada Avropa çempionu olub.


31739 oxunub

InvestAZ