XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Pəhləvanlarımız Fərdi Dünya Kubokunda mübarizəyə başlayır
İdman 10:05 / 12.12.2020
Bu gün yunan-Roma güləşi üzrə Azərbaycan millisi Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokuna mübarizəyə başlayır. Komandamız bu yarışda 8 idmançı ilə təmsil olunacaq.

Millimizin heyətində Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli 60 (kq), Taleh Məmmədov (63 kq), İslambek Dadov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) xalça üzərinə çıxacaq.

55 kq 1/8 final: Eldəniz Əzizli – Sebastyan Kolompar (Serbiya)

60 kq 1/8 final: Nihat Məmmədli – Viktor Çiobanu (Moldova)

63 kq 1/8 final: Taleh Məmmədov – Aleksey Masik (Ukrayna)

67 kq Təsnifat: İslambek Dadov – Ruben Marvike (İtaliya)

72 kq 1/8 final: Ülvü Qənizadə - İbrahim Qanem (Fransa)

77 kq Təsnifat: Sənan Süleymanov – Paskal Eysele (Almaniya)

87 kq 1/8 final: İslam Abbasov – Bəşir Sid Azara (Əlcəzair)

130 kq 1/8 final: Beka Kandelaki – Alin Kiurariu (Rumıniya)

Qeyd edək ki, Fərdi Dünya Kubokunda I-S kateqoriyalı hakim Asif Şirəliyev ədaləti qoruyacaq. Yarışa dekabrın 18-də yekun vurulacaq.

32011 oxunub

InvestAZ