XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Avropa çempionatı təxirə salındı
İdman 18:25 / 11.12.2020
Beynəlxalq Konkisürənlər İttifaqı (ISU) 2021-ci il yanvarın 25-31-də Zaqreb şəhərində (Xorvatiya) keçirilməsi planlaşdırılan fiqurlu konkisürmə üzrə Avropa çempionatını təxirə salmaq qərarına gəlib. Həmçinin federasiya 2020-ci il dekabrın10-13-də Pekində (Çin) keçiriləcək fiqurlu konkisürmə üzrə Qran-Prinin final mərhələsinin də təxirə salınması ilə bağlı məlumat verib. Qərar koronavirus infeksiyasının yaratdığı əlverişsiz sanitariya vəziyyəti səbəbi ilə qəbul edilib. "ISU Şurası dünyada koronavirus pandemiyasının daha da gərginləşməsi, eləcə də, təşkilatçılar və idmançılar üçün risklərin artması ehtimalı səbəbindən tədbiri təxirə salmaq qərarına gəlib”, - deyə konkisürənlər İttifaqının mətbuat xidməti məlumat verir.

Qeyd edək ki, bir müddət əvvəl Beynəlxalq Konkisürənlər Birliyi, 2021-ci ildə Harbində (Çin) keçiriləcək yeniyetmələr arasında Dünya Kubokunun təxirə salınması barədə qərar qəbul etmişdi.

31270 oxunub

InvestAZ