XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Dünya kuboku təxirə salındı
İdman 19:39 / 10.12.2020
Beynəlxalq Xizək İdman Federasiyası Ulrisehamnda (İsveç) keçiriləcək Dünya kuboku mərhələsini yanvar ayından fevral ayına təxirə salmaq barədə qərar qəbul edib. İlkin qərara uyğun olaraq, mərhələnin yanvarın 16-17-də keçirilməsi planlaşdırılırdı.
Qeyd edilir ki, təxirə salınma İsveç və Fin xizək yarışları federasiyalarının razılığı əsasında, ölkələr arasında gediş-gəlişin məhdudlaşdırmaq məqsədilə həyata keçirilib. Təqvimin ilkin variantında iki İsveç mərhələsi, Ulrisehamn və Faluna arasında, Lahti (Finlandiya) mərhələsinin keçirilməsi gözlənilir.
Bildirək ki, Lahti yarışları yanvarın 23-dən 24-dək təşkil olunacaq. Bundan sonra iki İsveç mərhələsi keçiriləcək. Falun yanvarın 30-31-də, Ulrisehamn isə fevralın 6-7-də Dünya kubokunu qəbul edəcək.

40654 oxunub

InvestAZ