XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Millimizin FİFA reytinqində mövqeyi dəyişmədi
İdman 19:29 / 10.12.2020
Milli komandaların FİFA reytinqi açıqlanıb. Ötən ayın cədvəli ilə müqayisədə ilin son siyahısında ciddi dəyişikliklər olmayıb.

Azərbaycan millisinin də mövqeyi dəyişməyib. Hesabat dövründə heç bir matça çıxmayan Canni de Byazinin yetirmələri 2020-ci ili 109-cu pillədə başa vurub. Estoniya ilə şərik olan yığmamızın hesabında 1180 xal var.

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində millimizin rəqibləri Portuqaliya (1662) 5-ci, Serbiya (1494) 30-cu, İrlandiya (1440) 42-ci, Lüksemburq (1235) 98-cidir. Yoxlama oyunlarında millimizlə görüşəcək Qətər 1391 xalla 58-ci sırada yer alıb.

Qeyd edək ki, Belçika (1780), Fransa (1755) və Braziliya (1743) ilk "üçlük”də, qardaş Türkiyə (1487) 32-ci sırada qərarlaşıb.

30133 oxunub

InvestAZ