XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Azərbaycan Kubokunun oyunları gələn il keçiriləcək
İdman 18:20 / 10.12.2020
Futbol üzrə Azərbaycan Kubokunun oyunları növbəti ilə təxirə salınıb. Bu barədə Peşəkar Futbol Liqası (PFL) qərar qəbul edib.

AFFA və PFL Azərbaycan Premyer Liqasında çıxış edən 8 klubun rəhbər şəxsləri, eləcə də videokonfranslarda (7 və 9 dekabr) iştirak edən baş məşqçiləri ilə fikir mübadiləsi aparılıb. Müzakirələr nəticəsində Azərbaycan Premyer Liqası ilə yanaşı ölkə kubokunun təqvimində də dəyişikliklər edilib.

1/8 final mərhələsinin oyunları dekabrın 24-də yox, 2021-ci il yanvarın 25-də olacaq.

Qeyd edək ki, 1/8 final mərhələsində "Səbail” - "Zaqatala”, "Turan Tovuz” - "Qəbələ”, "Sabah” - "Kəpəz”, "Qaradağ Lökbatan” - "Zirə” oyunları təşkil ediləcək. "Qarabağ", "Neftçi", "Keşlə" və "Sumqayıt" mübarizəyə 1/4 finalda qoşulacaq.

43324 oxunub

InvestAZ