XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Hakimi vuran futbolçuya 10 illik cəza verildi
İdman 16:33 / 10.12.2020
Futbol üzrə Özbəkistan çempionatının 20-ci turu çərçivəsində keçirilmiş "Neftçi” – "Turan” oyunundan sonra kütləvi dava zamanı referini vuran meydan sahiblərinin futbolçusu Camşid Turakulov sərt cəzalandırılıb. Hücumçu 10 il müddətinə futboldan kənarlaşdırılıb.
Bu barədə Özbəkistan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Onun komanda yoldaşı Doston Toşmatov isə referinin köməkçilərinə qarşı aqressiv hərəkətə görə 10 oyunluq diskvalifikasiya olunub. Həmçinin davada iştirak etmiş digər 3 oyunçunun futbolla bağlı fəaliyyətinə 1 illik qadağa qoyulub. Bundan başqa, klub təqribən 10 000 ABŞ dolları məbləğində cərimələnib. Komanda qarşıdakı 3 ev matçını azarkeşsiz keçirməli olacaq.
Qeyd edək ki, "Neftçi”nin 0:1 hesabı ilə uduzduğu oyundan sonra azarkeşlərin də iştirakı ilə kütləvi dava düşüb.

43826 oxunub

InvestAZ