XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Vətən müharibəsində şanlı Ordumuzun sıralarında voleybolçularımız da olublar
İdman 14:46 / 10.12.2020
Vətən müharibəsində şücaət göstərərək torpaqlarımızı işğaldan azad edən şanlı Ordumuzun sıralarında voleybolçularımız da olublar. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, sonuncu mövsümdə "Sərhədçi” komandasında çıxış edən ehtiyatda olan leytenant 25 yaşlı Çingiz Rəhmətov Vətənin keşiyindədir. Masallıda doğulan voleybolçu əvvəl təlimlərə qatıldıqdan sonra Vətən müharibəsində iştirak edib. Topçu Çingiz hazırda da xidmətini davam etdirir. O, Cəbrayıl, Hadrut və Şuşa uğrunda döyüşlərdə böyük şücaət göstərib. Leytenant kimi Ordumuza qoşulan Ç.Rəhmətov 2016-cı il Aprel döyüşlərinin də iştirakçısı olub.
"Azərreyl”in 21 yaşlı voleybolçusu Cavid Əzimov da hələ hərbi xidmətini davam etdirir. O, Vətən müharibəsi zamanı Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib.

32587 oxunub

InvestAZ