XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Onlayn “Dutch Trampoline Open” yarışında uğurlu nəticə
İdman 12:08 / 07.12.2020

Niderlandda batut gimnastikası üzrə onlayn "Dutch Trampoline Open” yarışı keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından bildiriblər ki, yarışda ən yaxşı nəticəni 13-14 yaşlı idmançılar arasında iştirak etmiş Maqsud Mahsudov göstərib. Fərdi batut yarışlarında o, bütün rəqiblərini geridə qoyaraq, 95,060 xalla birinci yerə layiq görülüb. M.Mahsudov ilə eyni yaş qrupunda çıxış etmiş Hüseyn Abbasov isə 94,450 xalla ikinci olub.

Böyüklər arasında ölkəmizi Selcan Mahsudova təmsil edib. İcra etdiyi proqrama görə, 101,450 xal alan gimnastımız yarışda ikinci yeri tutub. Bir və 3-cü yerlərə isə Almaniyadan olan gimnastlar yiyələniblər.


31109 oxunub

InvestAZ