XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



"Napoli"nin stadionuna əfsanəvi kapitanın adı verildi
İdman 14:16 / 05.12.2020
İtaliyanın "Napoli" klubuna məxsus stadionun adı dəyişdirilib. Arena komandanın sabiq kapitanı Dieqo Maradonanın şərəfinə "Dieqo Armando Maradona" stadionu adlandırılıb.
Bununla bağlı qərarı Neapoli şəhərinin rəhbərliyi qəbul edib. Sorğuda yerli bələdiyyənin bütün üzvləri dəyişikliyin lehinə səs veriblər.
"Napoli" növbəti ev oyununu dekabrın 12-də İtaliya A Seriyasının XI turu çərçivəsində "Sampdoriya"ya qarşı keçirəcək.
Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib. Argentinalı əfsanəvi futbolçu 1984 - 1991-ci illərdə "Napoli"də çıxış edib.

34171 oxunub

InvestAZ