XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



"Neftçi" koronavirusa görə məşqləri dayandırdı
İdman 10:59 / 05.12.2020

"Neftçi" futbol komandasının məşqləri koronavirusa kütləvi yoluxmalarla əlaqədar dayandırılıb. Klubun dekabrın 5-6-na nəzərdə tutulan hazırlıq prosesi ləğv edilib. Komanda növbəti həftənin ilk günündə bir araya gələcək. Hazırda klubda ümumilik 9 nəfərin koronavirusa yoluxduğu açıqlanıb. Bunlar "Neftçi"nin baş məşqçisi Samir Abasov, onun köməkçiləri Qədir Həsənov, Vəfadar Quliyev, qapıçı Kamran İbrahimov, müdafiəçilər Anton Krivotsyuk, Mərt Çelik, Mamadu Mboc və Voyislav Stankoviç, yarımmüdafiəçilər Fəhmin Muradbəyli və Sabir Buqrindir.

Əvəzedici komandada isə Fərid Əsgərov və Vüqar Həsənovda infeksiya aşkarlanıb.

Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasında növbəti oyununu dekabrın 5-də səfərdə "Sabah"a qarşı keçirməli idi. Lakin görüş qeyri-müəyyən tarixə təxirə salınıb.


30985 oxunub

InvestAZ