XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Tennisçi ən ali mükafata layiq görülüb
İdman 17:50 / 04.12.2020
İspaniyalı tennisçi Rafael Nadal İkinci mayanın ordeni Böyük xaça layiq görülüb. Bu Madridin ən ali mükafatı hesab olunur.
Ordeni tennisçiyə cəmiyyətin prezidenti İsabel Dias Anyuso təqdim edib. Məlumata görə, R.Nadal mükafatı "nümunə, sadiqlik və ümumiyyətlə idmana və həyata münasibət” üçün layiq görülüb.
"Madrid cəmiyyətinə, onun prezidentinə, Madridin bütün sakinlərinə layiq görüldüyüm şərəfə görə çox minnətdaram”, - deyə idmançı istaqram səhifəsində yazıb.
Qeyd edək ki, 2020-ci ilin oktyabr ayında İspaniyan hakimiyyəti Rafael Nadalı idmanda qazandığı nailiyyətlərə görə Kral ordeni ilə təltif edib.
R.Nadal idmançının əldə edə biləcəyi ən yüksək Böyük xac mükafatına layiq görülüb.

35966 oxunub

InvestAZ